Qelebə.az / “İnter Mayami”nin oyununda Messi forması ilə stadiona girişə icazə verilməyib

“İnter Mayami”nin oyununda Messi forması ilə stadiona girişə icazə verilməyib

18-07-2023, 13:00

“İnter Mayami” klubunun ABŞ çempionatının “Luis Siti” ilə səfər oyununda azarkeşlərin Lionel Messi forması ilə stadiona girişinə icazə verilməyib.

“Report” xəbər verir ki, “Luis Siti” rəhbərliyi bu addımla futbolçularını təzyiqdən qurtardığını düşünür.

Messinin adı yazılan “İnter Mayami”, Argentina millisi, “Barselona”, ​​PSJ, “Nyuels Old Boys”, hətta uşaqlıq komandası olan “Qrandoli” forması ilə arenaya giriş mümkün olmayıb. Qarşılaşma “Luis Siti”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “İnter Mayami” iyulun 17-də Lionel Messini azarkeşlərə təqdim edib. Argentinalı hücumçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Geri qayıt