"Zirə" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanır.
Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, qəsəbə təmsilçisi hazırlıq prosesində Boluda məskunlaşacaq.
Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv burada üç yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Zirə" Bakıdakı yoxlama görüşündə "Kəpəz"ə qalib gəlib - 2:1.