Qelebə.az / "Kəpəz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

"Kəpəz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

17-07-2023, 14:47

Transfer çalışmalarını davam etdirən "Kəpəz" komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, "sarı-göylər" Olavale Onanuqa ilə anlaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, nigeriyalı oyunçu son olaraq Albaniyada "Kastrioti"nin formasını geyinib.

Geri qayıt