Qelebə.az / Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

24-09-2022, 10:10

Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.

Federasiyadan "Report"a verilən məlumata görə, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.

Qeyd edək ki, dünya çempionatı 6 - 12 oktyabrda təşkil olunacaq.

Geri qayıt