Qelebə.az / Dünya Qadın Seriyası: Azərbaycan təmsilçisi 1/4 finalda Macarıstan klubu ilə üz-üzə gələcək

Dünya Qadın Seriyası: Azərbaycan təmsilçisi 1/4 finalda Macarıstan klubu ilə üz-üzə gələcək

15-07-2023, 09:15

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, "ağ-qaralar" 1/4 finalda Macarıstan təmsilçisi "Dyor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Paytaxt klubu D qrupundakı ilk matçda Niderland yığmasını 11:6, daha sonra Kosovo seçməsini 20:9 hesabı ilə məğlub edib. Turnirdə mübarizəni dayandıran Azərbaycan millisi isə ABŞ kollektivinə 3:22, "Dyor"a isə 9:21 hesabı ilə yenilib.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

Geri qayıt