Qelebə.az / De Byazi Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirib

De Byazi Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirib

14-07-2023, 21:36

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Adrian Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirib.

"QELEBE.AZ"un məlumatına görə, italiyalı mütəxəssis bu barədə ölkəsinin radiolarından birinə açıqlama verib.

"Mutu vacib kontekstdə işləmək üçün şərait tapdı. Çünki "Neftçi" Azərbaycanın ikinci komandasıdır", - 67 yaşlı çalışdırıcı deyib.

Qeyd edək ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.

Geri qayıt