Qelebə.az / UEFA Konfrans Liqası: Azərbaycanlı futbolçu Ermənistanda meydana çıxıb

UEFA Konfrans Liqası: Azərbaycanlı futbolçu Ermənistanda meydana çıxıb

13-07-2023, 20:16

Albaniya "Eqnatiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanda "Ararat-Armenia" klubuna qarşı UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda meydana çıxıb.

"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 59-cu dəqiqədə şans qazanıb.

O, Gutis Paulauskası əvəzləyib.

Qeyd edək ki, "Eqnatiya" hazırda 0:1 hesabı ilə uduzur.

Geri qayıt