Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, Gəncə təmsilçisi "Səbail"dən Elmir Tağıyevi icarəyə götürüb.
"Sarı-göylər" 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.