Qelebə.az / "Turan Tovuz" Premyer Liqaya yüksələn komandanı darmadağın edib

"Turan Tovuz" Premyer Liqaya yüksələn komandanı darmadağın edib

12-07-2023, 20:56

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" və "Araz Naxçıvan" komandaları yoxlama oyunu keçiriblər.

"QELEBE.AZ" xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş Tovuz təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Araz Naxçıvan" ötən mövsüm I Divizionun qalibi olaraq Premyer Liqaya vəsiqə qazanıb.

Geri qayıt