Qelebə.az / "Səbail" Madaqaskar millisinin hücumçusunu transfer edib

"Səbail" Madaqaskar millisinin hücumçusunu transfer edib

12-07-2023, 19:07

Transfer çalışmalarını davam etdirən "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, "dənizçilər" son mövsümü Fransanın "Sedan" komandasında keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Madaqaskar millisinin üzvü karyerası ərzində "Marinyan", "Balajn", "Ayaçço", "Marinyan Cinyak", "Bezye" (hamısı Fransa) "Virton" (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu yığmada 8 oyun keçirib.

Geri qayıt