Qelebə.az / UEFA pley-offda iştiraka görə "Qarabağ" klubuna ödəniş edib

UEFA pley-offda iştiraka görə "Qarabağ" klubuna ödəniş edib

12-07-2023, 14:41

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə "köhlən atlar"a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

Geri qayıt