Qelebə.az / Adrian Mutu "Neftçi"yə Rumıniyadan futbolçu transfer etmək istəyir

Adrian Mutu "Neftçi"yə Rumıniyadan futbolçu transfer etmək istəyir

12-07-2023, 12:19

"Neftçi"nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.

"QELEBE.AZ" "Prosport.ro" saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniya CFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib.

"Ağ-qaralar"ın bunun üçün danışıqlara start verdiyi də bildirilib. "Neftçi"dən başqa Mutunun sabiq klubu "Rapid" də 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

CFR-in braziliyalı oyunçu üçün 500 min avro istədiyi də iddia olunur.

Qeyd edək ki, "Neftçi" ötən gün Adrian Mutu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Geri qayıt