Qelebə.az / Avropa çempionatı: Azərbaycanın basketbol millisi Gürcüstan yığması ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın basketbol millisi Gürcüstan yığması ilə üz-üzə gələcək

12-07-2023, 09:21

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, yığma B Divizionunun C qrupunda Gürcüstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna, İsveç və Kosovoya məğlub olub.

Geri qayıt