Qelebə.az / PFL-in sabiq prezidenti: "Qarabağ" səfərdə daha yaxşı oynayır"

PFL-in sabiq prezidenti: "Qarabağ" səfərdə daha yaxşı oynayır"

11-07-2023, 15:31

"Qurban Qurbanovun komandası səfər matçlarında daha yaxşı oynayır".

Bunu "Report"a müsahibəsində Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev "Qarabağ"ın Cəbəllütariqdə “Linkoln”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Təcrübəli funksioner "köhlən atlar"ın bu dəfə də azarkeşləri sevindirəcəyinə inandığını bildirib: "Amma rəqibi zəif hesab etmək, ona yuxarıdan aşağı baxmaq düzgün deyil. Zəif olsaydılar, Çempionlar Liqasına düşməzdilər. Bəzən gözləmədiyin komandadan elə oyunlar görürsən ki, təəccüblənirsən. Rəqibə ciddi yanaşmasan, uduzacaqsan. İnanıram ki, "Qarabağ"ın məşqçilər heyəti və futbolçuları artıq bu yolları keçiblər. Fikrimcə, hər iki oyunda bizə sevinc bəxş edəcəklər. Sonrakı mərhələlərdə də uğurlar arzulayıram. Əsas odur ki, püşkatmada da bəxtimiz gətirsin".

Qeyd edək ki, bu gün oynanılacaq “Linkoln” - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.

Ramin Musayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt