Qelebə.az / KİV: "Qarabağ"ın müdafiəçisi Türkiyə klubu ilə müqavilə imzalayacaq

KİV: "Qarabağ"ın müdafiəçisi Türkiyə klubu ilə müqavilə imzalayacaq

11-07-2023, 09:10

"Qarabağ"ın futbolçusu Kevin Medina bir neçə gündən sonra Türkiyənin "Rizespor" klubu ilə müqavilə imzalayacaq.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Qara dəniz təmsilçisi ilə ilkin razılıq əldə edib.

Kolumbiyalı oyunçunun sözləşmə bağlandıqdan sonra məşqlərə qoşulacağı vurğulanıb.

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.

Geri qayıt