Qelebə.az / "Turan Tovuz" Budaq Nəsirovla müqavilə imzalayıb

"Turan Tovuz" Budaq Nəsirovla müqavilə imzalayıb

10-07-2023, 17:48

"Turan Tovuz" komandası yetirməsi olan Budaq Nəsirovu transfer edib.

Klubdan "Report"a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik rəsmi müqavilə bağlanıb

Təcrübəli oyunçu "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz" və Portuqaliya "Sportinq"ində çıxış edib. O, Azərbaycanın aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millinin də formasını geyinib.

Qeyd edək ki, Budaq Nəsirov 2019-cu ildən klubsuz idi.

Geri qayıt