Qelebə.az / Azərbaycanlı futbolçu "Ararat"la oyunlar üçün sifariş olunub

Azərbaycanlı futbolçu "Ararat"la oyunlar üçün sifariş olunub

8-07-2023, 13:01

Albaniyanın "Eqnatiya" klubu yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Ermənistanın "Ararat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

Bu barədə "Report"a 28 yaşlı hücumameylli yarımmüdafiəçinin özü açıqlama verib. Vingerin sözlərinə görə, Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində onun da adı var:

"Amma Ermənistandakı ilk matça gedib-getməyəcəyim hələ bəlli deyil. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, "Ararat"a qarşı oynamaq şansı qazanım".

Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.

Geri qayıt