Qelebə.az / Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələdə İtaliyaya uduzub

Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələdə İtaliyaya uduzub

7-07-2023, 20:21

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, yığma İtaliya kollektivi ilə üz-üzə gəlib. "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında oynanılan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qrupun digər matçında Moldova Estoniyanı məğlub edib - 6:2.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 3:7 hesabı ilə uduzub.

Geri qayıt