Qelebə.az / Dünya Qadın Seriyası: "Neftçi" 1/4 finalda məğlub olub

Dünya Qadın Seriyası: "Neftçi" 1/4 finalda məğlub olub

7-07-2023, 15:51

"Neftçi" komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsveçrədəki Friburq mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, kollektiv bu raundda Portuqaliya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma "ağ-qaralar"ın məğlubiyyəti ilə bitib - 15:18.

Qeyd edək ki, "Neftçi" A qrupunda Kanadaya 15:13, Malayziya yığmasına isə 21:7 hesabı ilə qalib gəlmişdi.

Geri qayıt