Qelebə.az / "Barselona"dan ayrılan daha bir futbolçu "İnter Mayami"yə keçir

"Barselona"dan ayrılan daha bir futbolçu "İnter Mayami"yə keçir

7-07-2023, 11:19

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Jordi Albanın yeni klubu müəyyənləşib.

"QELEBE.AZ" "The Miami Herald"a istinadən xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi ABŞ-ın "İnter Mayami" klubuna keçəcək.

İspaniyalı oyunçu iyulun 7-də rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, "İnter Mayami" daha əvvəl Kataloniya təmsilçisindən ayrılan Serxio Buskets və son olaraq Fransa PSJ-ində çıxış edən Lionel Messini də heyətinə qatıb. "Barselona" mayın 24-də Alba ilə vidalaşıb.

Geri qayıt