Qelebə.az / Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələdə ikinci məğlubiyyətini alıb

Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələdə ikinci məğlubiyyətini alıb

6-07-2023, 20:33

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

"Report"un məlumatına görə, yığma Estoniya kollektivi ilə üz-üzə gəlib. "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən qarşılaşma rəqibin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunun digər matçında İtaliya yığması Moldovanı məğlub edib - 3:1.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.

Geri qayıt