Qelebə.az / Emin Mahmudovun "Neftçi" ilə müqaviləsinin detalları bəlli olub - VİDEO

Emin Mahmudovun "Neftçi" ilə müqaviləsinin detalları bəlli olub - VİDEO

6-07-2023, 18:26

“Neftçi” kapitan Emin Mahmudovla yeni müqavilə bağlayıb.

Klubdan "Report"a verilən məlumata görə, 31 yaşlı futbolçu ilə 2+1 illik sözləşmə imzalanıb.

2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı. Geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib, 50 qol vuran Mahmudov 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.

Qeyd edək ki, bundan əvvəl qapıçı İvan Brkiçlə müqavilənin müddətini uzadan “Neftçi” milli komandanın üzvləri – yetirməsi olan qolkiper Emil Balayev və xorvat əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.

17:25

"Neftçi" klubu kapitanı Emin Mahmudovla müqaviləsinin müddətini uzadıb.

"Report" xəbər verir ki, "ağ-qaralar" bu barədə rəsmi tviter hesabında paylaşım edib.

Sözləşmənin müddəti və şərtləri ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən paytaxt təmsilçisində çıxış edir.

Continue with Captain!

Kapitan bizimlə davam edir!#EminMahmudov #Müqavilə #Neftçi #NeftçiTV pic.twitter.com/q6UX7kW6ti

— Neftçi PFK (@PFC_Neftchi) July 6, 2023
Geri qayıt