Qelebə.az / İtaliya klubları Silvio Berluskoninin adına kubok təsis ediblər

İtaliya klubları Silvio Berluskoninin adına kubok təsis ediblər

6-07-2023, 15:36

İtaliyanın "Milan" və "Montsa" klubları Silvio Berluskoninin adına kubok təsis ediblər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, avqustun 8-də funksionerin prezidenti olduğu klublar arasında yoldaşlıq matçı təşkil olunacaq.

Qeyd edək ki, Silvio Berluskoni iyunun 12-də vəfat edib. O, 1986 - 2016-cı illərdə Milan təmsilçisinin sahibi olub. Keçmiş baş nazir 2018-ci ilin sentyabrında "Montsa"nı alıb.

Geri qayıt