Qelebə.az / “Formula-1” üzrə Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək

“Formula-1” üzrə Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək

5-07-2023, 18:00

“Formula-1”in 2024-cü il üçün təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Qran-Prisinin də vaxtı dəqiqləşib.

Bakıda keçiriləcək yarış mövsümün 17-ci mərhələsi olacaq. Qran-Pri sentyabrda baş tutacaq. Ayın 13-14-də təsnifat yarışları, 15-də əsas yürüş təşkil olunacaq.

Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 24 mərhələ keçiriləcək.

Geri qayıt