Qelebə.az / Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıdakı turnirdə ilk matçına çıxacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıdakı turnirdə ilk matçına çıxacaq

5-07-2023, 10:22

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, komanda Moldova yığması ilə üz-üzə gələcək.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18:45-də başlayacaq.

A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşacaqlar. Bu duel isə 13:30-da start götürəcək.

Azərbaycan millisinin heyəti:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov

Geri qayıt