Qelebə.az / Arif Məmmədov: “Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər”

Arif Məmmədov: “Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər”

5-07-2023, 03:14

“Batumidə 10 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə Ermənistanı daha çox idmançı təmsil edib”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Karate Do Federasiyasının prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, yarışdan öncə bütün idmançılar təlimatlandırılmışdı: “Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər. Lakin bizim idmançılarımız qalib ölkənin vətəndaşı olaraq onlara heç bir reaksiya vermədi. Mən buna görə bütün idmançılarımızı təbrik edirəm. Sözün əsl mənasında idmançılarımız Azərbaycanı layiqincə təmsil etdilər”.

Geri qayıt