Qelebə.az / "Qarabağ" Avstriya toplanışını qələbə ilə başa vurub

"Qarabağ" Avstriya toplanışını qələbə ilə başa vurub

4-07-2023, 21:48

Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" sonuncu yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, "köhlən atlar" Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gəlib.

"Vörgl" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib - 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa "Legiya"sına uduzub - 0:2.

Geri qayıt