Qelebə.az / "Spartak" - "Neftçi" oyununun vaxtı dəqiqləşib

"Spartak" - "Neftçi" oyununun vaxtı dəqiqləşib

4-07-2023, 13:07

Rusiyada "Spartak" və "Neftçi" komandaları arasında keçiriləcək yoxlama oyununun vaxtı dəqiqləşib.

"QELEBE.AZ" Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də "Otkrıtiye Bank Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "ağ-qaralar" hazırda Rusiyada “Matç TV” turnirində iştirak edir. Komanda ilk görüşündə "Zenit"ə 1:3 hesabı ilə uduzub. "Neftçi" iyulun 8-i saat 20:30-da Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.

Geri qayıt