Qelebə.az / "Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama oyununu keçirəcək

"Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama oyununu keçirəcək

4-07-2023, 09:12

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün sonuncu yoxlama oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, ölkə çempionu Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gələcək.

Vörgl stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "köhlən atlar" ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib - 3:3. Komanda ikinci matçında Polşanın "Legiya" klubuna uduzub - 0:2.

Geri qayıt