Qelebə.az / Mahir Emreli "Dinamo"nun heyətində MOİK-ə qol vurub

Mahir Emreli "Dinamo"nun heyətində MOİK-ə qol vurub

3-07-2023, 20:56

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.

"QELEBE.AZ"un məlumatına görə, 26 yaşlı hücumçu Bolqarıstanın MOİK komandasına qarşı yoxlama oyununda fərqlənib.

Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə hələlik yeganə qolun müəllifi olub. Hazırda qarşılaşmada fasilədir.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.

Geri qayıt