Qelebə.az / “Kristal Pelas” Roy Hocsonla müqaviləni uzadıb

“Kristal Pelas” Roy Hocsonla müqaviləni uzadıb

3-07-2023, 17:51

İngiltərənin “Kristal Pelas” klubu baş məşqçisi Roy Hocsonla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

75 yaşlı mütəxəssislə yeni müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. Hocson bu ilin martında Patrik Vieyranı əvəz edib.

Qeyd edək ki, mütəxəssis 2017-21-ci illərdə də “Kristal Pelas”ı çalışdırıb.

Geri qayıt