Qelebə.az / FIFA referisi Rauf Cabarov Konfrans Liqasının oyununa təyinat alıb

FIFA referisi Rauf Cabarov Konfrans Liqasının oyununa təyinat alıb

3-07-2023, 14:36

Azərbaycanın FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.

"QELEBE.AZ"un məlumatına görə, o, Albaniyada "Vlazniya" və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Cabarova laynsmanlar qismində Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Geri qayıt