Qelebə.az / AFFA rəsmisi Gürcüstan klubunun oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan klubunun oyununa təyinat alıb

3-07-2023, 10:57

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

"Report" xəbər verir ki, o, Gürcüstanda “Torpedo" ilə Bosniya və Herseqovinanın "Sarayevo" komandaları arasında oynanılacaq Konfrans Liqasının I təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, iyulun 13-də Kutaisidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Geri qayıt