Qelebə.az / Avropa Oyunlarının gümüş mükafatçısı: "Zədələrim mənə çox çətinlik yaratdı"

Avropa Oyunlarının gümüş mükafatçısı: "Zədələrim mənə çox çətinlik yaratdı"

2-07-2023, 18:03

“Zədələrim mənə çox çətinlik yaratdı. Hər döyüşdə açılır və qanayırdılar”.

Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında boks yarışının gümüş medalçısı Məhəmməd Abduallayev (+92 kq) deyib.

Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutan dünya çempionatının mükafatçısı bildirib ki, həlledici görüşdə iştirak etməyin özü də bir fəxrdir: “Əlimdən gələni etdim. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. Mən bildirim qədər, ABŞ və digər ölkələrdə təlim-məşq toplanışları təşkil olunacaq”.

Geri qayıt