Qelebə.az / Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması 5-ci yeri tutub

Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması 5-ci yeri tutub

1-07-2023, 17:37

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, yığma 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.

Geri qayıt