Qelebə.az / "Neftçi"nin potensial rəqiblərinin Bakıdakı matçının başlama saatı açıqlanıb

"Neftçi"nin potensial rəqiblərinin Bakıdakı matçının başlama saatı açıqlanıb

30-06-2023, 11:30

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina "Jelezniçar"ı ilə Belarusun "Dinamo" (Minsk) klubları arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 20-də oynanılacaq I təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.

Görüş "Qarabağ"a məxsus "Azersun Arena"da təşkil olunacaq.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Geri qayıt