Qelebə.az / Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması 5-8-ci yerlər uğrunda yarışacaq

Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması 5-8-ci yerlər uğrunda yarışacaq

29-06-2023, 19:02

Kişilərdən ibarət çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.

“QELEBE.AZ”un məlumatına görə, yığma Polşa (2:7) və Portuqaliyanın (2:5) ardından yer aldığı A qrupunda İspaniyaya da məğlub olub.

Azərbaycan seçməsi Elşad Manafovun 10-cu dəqiqədə vurduğu qolla hesabı açsa da, sonda 1:7 hesabı ilə uduzub.

Yığma iyunun 30-da 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək.

Geri qayıt