Qelebə.az / Azərbaycan boksçusu Avropa Oyunlarında yarımfinala yüksəlib - FOTOLENT

Azərbaycan boksçusu Avropa Oyunlarında yarımfinala yüksəlib - FOTOLENT

28-06-2023, 22:57

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.

QELEBE.AZ saytının məlumatına görə, dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.

Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməddən öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirib.

Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.

Geri qayıt