Qelebə.az / Avropa Oyunları: Murad Allahverdiyev Ermənistan boksçusuna qalib gələrək, medalı təmin edib

Avropa Oyunları: Murad Allahverdiyev Ermənistan boksçusuna qalib gələrək, medalı təmin edib

28-06-2023, 17:46

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib.

“QELEBE.AZ”un məlumatına görə, 21 yaşlı idmançı yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.

M.Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Boksçu ilk “dördlüy”ə yüksəldiyi üçün Paris-2024 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb. Bu, boks üzrə Azərbaycan millisinin Fransada təşkil olunacaq olimpiadaya ilk vəsiqəsidir.

Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Azərbaycan boksçusunun final yolundakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.

Geri qayıt