Qelebə.az / Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

22-09-2022, 16:36

Almaniyanın "Herta" klubunun futbolçusu Jan Pol-Boetyus karyerasını dayandırıb.

"QELEBE.AZ" Berlin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçidə onkoloji xəstəliyin aşkarlanması səbəb olub.

Qeyd edək ki, Jan Pol-Boetyus cari ilin yayında azad agent kimi "Herta"ya keçib. Niderlandlı oyunçu daha əvvəl "Maynts"da çıxış edib.

Geri qayıt