Qelebə.az / Avropa Oyunları: Azərbaycan qılıncoynadanları Türkiyəyə də məğlub olublar - YENİLƏNİB

Avropa Oyunları: Azərbaycan qılıncoynadanları Türkiyəyə də məğlub olublar - YENİLƏNİB

28-06-2023, 14:39

Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, yığma sablya növü üzrə 9-16-cı yerlər uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov və Ayxan Xasiyevdən ibarət komanda rəqibinə 31:45 hesabı ilə məğlub olub. Sablyaçılar 13-16-cı yerlər uğrunda yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda bu gün Macarıstana 25:45 hesabı ilə uduzub.

12:25

Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında məğlub olub.

“Report”un məlumatına görə, yığma sablya növü üzrə 1/8 final mərhələsində Macarıstan seçməsi ilə qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət komanda rəqibinə 25:45 hesabı ilə məğlub olaraq, medal şansını əldən verib. Sablyaçılar 9-16-cı yerlər uğrunda yarışacaqlar.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Geri qayıt