Azərbaycanlı hakimlər briqadası UEFA Çempionlar Liqasının (ÇL) oyununu idarə edəcək.
Bu barədə "QELEBE.AZ"a AFFA-dan bildirilib.
Belə ki, FIFA referisi Elçin Məsiyev ÇL-in birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Jalqiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
"Jalqiris" - "Struqa" matçı iyulun 11-də Litvada keçiriləcək.
