Qelebə.az / Azərbaycan boksçusu Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib - YENİLƏNİB-3

Azərbaycan boksçusu Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib - YENİLƏNİB-3

27-06-2023, 20:50

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb. 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, döyüş Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb. Məhsətidən öncə Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib.

Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.

17:57

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nikoloz Beqadze (Gürcüstan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Abdullayev 1/4 finala vəsiqə qazanıb.

17:17

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 71 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Eskerxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb.

16:31

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi İrina Nikoletta Şoenberqer ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Rzayeva yarışla vidalaşıb.

Geri qayıt