Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuradmadhoni Polşada təşkil olunan III Avropa Oyunlarında kişilərin qoşa kateqoriyasında növbəti görüşlərini keçiriblər.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançılar B qrupunda İtaliya badmintonçuları Covanni Qreko - David Salutt qoşasına 1:2 (17-21,21-17, 17-21) hesabı ilə məğlub olublar.
Qeyd edək ki, sözügedən tandem B qrupundakı ilk matçında Böyük Britaniya təmsilçiləri Ben Leyn - Şon Vendi qoşasına da məğlub olub.
Azərbaycan badmintonçuları Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni davam etdirirlər.
"Report"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, Keişa Fatimə Zəhra - Era Maftuha tandemi qadınların qoşa kateqoriyasında D qrupunda ikinci görüşünü keçirib.
Təmsilçilərimiz Niderland badmintonçuları Jille Debora - Cheryl Seinen qoşasına 0:2 (10 -21,12 -21) hesabı ilə məğlub olublar.
Qeyd edək ki, sözügedən tandem ötən gün Beatriz Korallez - Klara Azurmendi (İspaniya) cütünə də məğlub olub.
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı G qrupundakı ikinci qarşılaşmasında Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə üz-üzə gəlib.
Rəqibini məğlub edən (2:1) Dviçayo ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün ispaniyalı Luis Enrike Penalveyə qalib gəlmişdi.
Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Azərbaycan basmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi.
Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, badminton idman növü Avropa Oyunlarında Avropa çempionatı statusu daşıyır və dünya çempionatından sonra Paris olimpiadasına ən yüksək reytinq xalları verir.