Qelebə.az / III Avropa Oyunları: Atıcılıq üzrə Azərbaycan komandası medal görüşündə uduzub - YENİLƏNİB - 2

III Avropa Oyunları: Atıcılıq üzrə Azərbaycan komandası medal görüşündə uduzub - YENİLƏNİB - 2

27-06-2023, 18:06

Azərbaycanın qadın atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazana bilməyiblər.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komanda skit növündə üçüncü yer uğrunda görüşdə Çexiyaya uduzublar.

15:10

Azərbaycanın qadın atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazana bilərlər.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komanda skit növündə təsnifat mərhələsində 4-cü yeri tutub.

Yığma üçüncülük uğrunda Çexiya ilə görüşəcək.

12:53

Azərbaycan atıcıları Ruslan Lunyov və Nigar Nəsirova Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti çıxışlarını ediblər.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, qarışıq komanda tapança ilə 25 metr məsafədən atəş açma növündə təsnifat mərhələsini 525 xalla başa vurub.

Onlar 9 komanda arasında sonuncu yeri tutublar və final mərhələsinə yüksələ bilməyiblər.

Geri qayıt