Qelebə.az / III Avropa Oyunları: Sərxan Əliyev və Məhəmməd Abdullayev 1/4 finala yüksəlib - YENİLƏNİB - 2

III Avropa Oyunları: Sərxan Əliyev və Məhəmməd Abdullayev 1/4 finala yüksəlib - YENİLƏNİB - 2

27-06-2023, 17:57

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nikoloz Beqadze (Gürcüstan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Abdullayev 1/4 finala vəsiqə qazanıb.

17:17

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 71 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Eskerxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb.

16:31

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi İrina Nikoletta Şoenberqer ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Rzayeva yarışla vidalaşıb.

Geri qayıt