Azərbaycanın qadın qılıncoynadanı Valeriya Bolşakova Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, 1/32 final mərhələsində Almaniya təmsilçisi Julika Funke ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Bolşakova 1/16 finala yüksəlib. O, növbəti raundda Azərbaycanın digər idmançısı Səbinə Kərimova ilə üz-üzə gələcək.
Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-offa yüksəlib.
Qrup mərhələsində 1 qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.
Azərbaycan qılıncoynadanı Ruslan Həsənov Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, şpaqa növündə çıxış edən idmançı 1/32 final mərhələsində İsveç təmsilçisi Hadrien Favreyə uduzub - 14:15.
Beləliklə, bu gün yarışa qoşulan üç qılıncoynadanın hər biri medal şansını itirib.
Azərbaycan qılıncoynadanı Kənan Əliyev Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 1/64 final mərhələsində Estoniya təmsilçisi Ruslan Eskova 13:15 hesabı ilə uduzub.
Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.
Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü "64-lüy"ə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq. Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün estoniyalı Ruslan Eskovla görüşəcək.