Qelebə.az / Azərbaycan idmançısı: "Uduzmağımda küləyin böyük rolu oldu"

Azərbaycan idmançısı: "Uduzmağımda küləyin böyük rolu oldu"

27-06-2023, 16:20

"Yarışda küləyin böyük rolu oldu".

Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova III Avropa Oyunlarının 1/32 final mərhələsində litvalı Paulina Ramanauskayteyə məğlub olması barədə danışarkən deyib.

İdmançı mübarizəyə yaxşı start verdiyini xatırladıb: "Hesab da 5:5 idi. Cəmi bir ox qalmışdı. Amma təəssüf ki, yekunda məğlub oldum. İlk olaraq hara atmalı olduğumuzu bilmirik. Birinci oxdan sonra tənzimləyirik. Qələbə qazanmağı hədəfləmişdim. Amma alınmadı".

Geri qayıt