Qelebə.az / "Qarabağ"ın "Linkoln"lə oyunlarının vaxtı və məkanı dəqiqləşib

"Qarabağ"ın "Linkoln"lə oyunlarının vaxtı və məkanı dəqiqləşib

27-06-2023, 10:39

"Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

"QELEBE.AZ" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Cəbəllütariqdəki "Viktoriya" stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Geri qayıt