Qelebə.az / Natiq Bağırov: “Yığma komandamız Avropa çempionatında rekorda imza atdı"

Natiq Bağırov: “Yığma komandamız Avropa çempionatında rekorda imza atdı"

27-06-2023, 04:47

“Bizim yığma komandamız Avropa çempionatında rekorda imza atdılar".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov bildirib.

Onun sözlərinə görə, yeniyetmələrdən ibarət milli yığmamız 6 qızıl medal əldə edərək, Avropa çempionu olublar:

“Bizim komandamız Vətənə böyük nəticə ilə qayıdıblar. Bütün idmançılarımıza uğurlar arzu edirəm. Bu, bizim xalqımızın qələbəsidir. Bizi bundan sonra dünya çempionatı gözləyir. Var gücümüzlə o yarışlara hazırlaşacağıq", - deyə müşavir əlavə edib.

Geri qayıt